Bu günlərdə ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədovun hesabat xarakterli çıxışında maraqlı bir məqam diqqətimizi çəkmişdi. Mərkəz rəisi çıxışında “bələdiyyənin vəzifəli şəxslərinin əhali ilə səmimi, açıq təmasları onların ən mühüm iş prinsiplərindən biri olarsa buyerli əhalinin öz bələdiyyəsinə etimadının güclənməsinə gətirib çıxaracağını” bildirmişdi. Təcrübə göstərir ki, bu halda yerli vergilər də əsasən könüllü ödənilir, məcburi tədbirlərə elə də ehtiyac qalmır.
Sahil bələdiyyəsinin timsalında konkret misal çəkən mərkəz rəisi çıxışında qeyd edirdi ki, 2019-cu ildə sosial sığorta ödəmələri üzrə borcu olan Bakı bələdiyyələrinin vəzifəli şəxsləri ilə Bələdiyyələrlə iş mərkəzində görüş keçirilərək borcların yaranması səbəbləri, həlli yolları müzakirə edilmiş, müvafiq tövsiyələr verilmişdir. Az sonra məlum olmuşdur ki, Qaradağ rayonu Sahil bələdiyyəsi 37900 manat borcunu tam ödəmişdir. Bu məbləğ həmin bələdiyyə üçün kifayət qədər böyük olduğundan təbii ki, maraq doğurmuşdur. Məlum olmuşdur ki, bələdiyyə sədri qəsəbədə məhəllələr üzrə sakinlərlə görüşmüş, səmimi dialoq qurmuş, yerli vergilərin ödənməməsinin bələdiyyəni çətin vəziyyətə saldığını izah etmişdir. Sakinlərin vergi borclarını ödəmələri sayəsində bələdiyyə borcunu qısa müddətdə həll etmişdir
Məsələ ilə bağlı Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri Elmira əliyeva Belediyye.infoya açıqlamasında bildirib ki, ötən ildən iş prinsipini dəyişən yeni tərkib Sahil bələdiyyəsinin atdığı ilk addım vergi ödəyiciləriylə görüşlərin təşkili və maarifləndirilməsi olmuşdur.
Bu layihənin icrasına qəsəbədəki gəncləri də könüllü olaraq cəlb etdiklərini qeyd edən sədr məhz il ərzində əldə etdiyimz uğurlarda könüllülərin, qəsəbə ziyalılarının və ağsaqqallarının da xüsusi yeri və xidməti olmuşdur. Hazırda bələdiyyədə uçot-qeydiyyat məsələsinə yenidən baxmış və qəsəbədə inventarlaşdırmaya start vermişdir. əldə edilən hər bir məlumat BAMS proqramına yerləşdirilməsi artıq başa çatdırmaq üzrədir. Məlumatlar həm də rəsmi möhürlənmiş qeydiyat kitablarına da yazılır.Və BAMS proqramına yüklənən məlumatlar bizə daha operativ işləməyə imklan verir, həm də vergi ödəyiciləri özləri haqqında məlumatı hökumət ödəniş portalında şəffaf şəkildə görə bilirlər. BAMS proqramının tətbiqi bələdiyyənin inkişafına yönəlik mütərrəqi bir proqramdır. Sözsüz ki, proqram işləndikcə onun da təkmilləşdirilməsinə ehtiyac vardır. Düşünrük ki, indiki halda proqramın tətbiqi bizim gündəlik fəaliyyətimizə böyük dəstək verir.
Ötən il tətbiq edilən yeniliklər və əhali ilə aparılan maarifləndirmə işlərindən sonra 60 min manata yaxın büdcə gəliri olub. Dövlət tərəfindən verilən dotasiya ilə əməkhaqqı üzrə olan borcları ödəmişik. Demək olar ki, əvvəl ki illərdən yaranmış borcu tamam bağlamağa nail olduq.
Hazırda bələdiyyədə on nəfər qulluqçu həm maarifləndirmə işiylə, həm bildirişlərin paylanılması ilə həm də ucot qeydiyatının aparılamasıyla məşğul olur. Ötən illərdən yığılıb qalmış çox işlərimiz var.
Sədrin fikrincə, bugün əsas problem bələdiyyələrə xəritələrin verilməməsidir. əgər xəritələr verilmiş olsaydı, həm reklam gəlirlərinin, həm də dayanacaqlarla bağlı ödənişlərin həcmini artırmış olarıq. Sərhədlərin bilinməməsi, sənədsiz mənzillərin mövcudluğu işimizə ciddi əngəl yaradır.
Qəsəbə ərazisində olan qəbrstanlığı bələdiyyənın balansına verilməsə də bələdiyyə olaraq əraziyə su xəttinin çəkilməsi həyata keçirilmiş ərazinin təmizliyi daim diqqətdə saxlanılmaqla, qəbrstanlığın reyestri aparılmaqdadır. Siyahılaşdırma bu günlərdə başa çatdırılacaq. əlavə olaraq büdcəmizə əhalidə olan vergi borclarını cəlb etmiş olsaq, qəbrtsanlıqda ciddi layihələrin icrasını həyata keçirmək niyyətindəyik.
Belediyye.info